Aston Martin komandasının 43 yaşlı ispaniyalı sürücüsü Fernando Alonso 2026-cı ildən sonra Formula 1-də qala biləcəyini istisna etməyib. Əvvəllər o, 2026-cı il mövsümünün onun üçün sonuncu ola biləcəyinə işarə etmişdi.
«2026-cı il rəvan keçsə və gözəl vaxt keçirsək və daha bir il yarışmaq şansımız yaranarsa, o zaman hazır olacam. Heç bir qapını vaxtından əvvəl bağlamaq fikrində deyiləm. Yenə də hər yarışa yaxınlaşmağı planlaşdırıram. Sanki bu mənim sonumdu, hər anımdan həzz almaq istəyirəm” deyə Alonso BBC-yə bildirib.
Bu yaxınlarda başa çatan Formula 1 mövsümündə Fernando 70 xal toplayaraq, sürücülər sıralamasında 9-cu olub.